İtaliyanın "İnter" və "Milan" klubları İngiltərə "Mançester Yunayted"inin ulduz futbolçusu Kriştianu Ronaldunu almaqdan imtina ediblər.

Bunu tanınmış insayder Tankredi Palmeri tviterdə yazıb.

O, "qırmızı şeytanlar"ın 37 yaşlı hücumçunu hər iki kluba təklif etdiyini, lakin rədd cavabı aldığını bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.

.