BƏƏ Hörmüz Boğazının açılması üçün İrana qarşı koalisiyaya qoşulmaq istəyir.

Bu barədə “Financial Times” məsələdən məlumatlı mənbələrə istinadən xəbər verir.

Mənbələr bildirib ki, BƏƏ ABŞ və digər qərb ölkələrinə Hörmüz Boğazının açılması üçün çoxtərəfli koalisiyaya qoşulacağını deyib.

Əlavə edilib ki, BƏƏ sözügedən koalisiyanın yaradılması üçün ciddi səy göstərir.

Qeyd edək ki, bir sıra Avropa ölkələri Hörmüz Boğazının hərbi yolla açılmasını dəstəkləməyəcəklərini elan edib.

.