"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.
Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, turnirin həmişə rəğbətlə qarşılandığını söyləyib:
"Yarış 5 mərhələdən ibarət olacaq. Bu mərhələnin biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçiriləcək. Turnir əvvəlki illərdə böyük rəğbətlə qarşılanıb. İnanıram ki, bu dəfə də belə olacaq. Komandaların sayı artıb. 21 komanda artıq iştirakını təsdiqləyib. 20-yə yaxın komanda isə iştirak üçün müraciət edib. 150-yə yaxın velosipedçinin təhlükəsizliyini təmin etmək üçün 100-dən çox əməkdaş olacaq. İşğaldan azad olunmuş bölgələrimizi göstərməliyik. Burada dünyanın bütün qitələri təmsil olunur. Qalib millət kimi nəyə qadir olduğumuzu göstərməliyik. Bu, kifayət qədər ciddi turnirdir. Dünyada bu yarışa diqqət olduqca böyükdür".
Qeyd edək ki, "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı 2026-cı il mayın 10-14-ü aralığında keçiriləcək.
.
