İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır.
"Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
O qeyd edib ki, kəndin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.
N. Cəfərov bildirib ki, hazırda kənddə ümumilikdə yaşayış evləri üzrə işlərin təxminən 50 %-i, sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 % təşkil edir.
.
