Qoyunları çimizdirərkən Arazda boğulmuş İmişli sakininin cəsədi bu gün səhər saatlarında tapılıb.
Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna hadisənin baş verdiyi Bəhrəmtəpə qəsəbəsinin bələdiyyə sədri İman İbrahimov verib. Onun bildirdiyinə görə cəsəd batdığı yerdən 30-40 metr aralıda qurulmuş tora düşərək aşkarlanıb və məhkəmə tibbi-ekspertiza müayinəsindən sonra artıq dəfn olunub.
Xatırladaq ki, 2 gün əvvəl İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin sakini 38 yaşlı Rauf Abdullayev qonşusu Mikayıl Hüseynovla birlikdə kəndin ev heyvanlarını otarmaq növbəsi onlarda olduğundan, sürüdəki qoyunları Araz çayında çimizdirmək qərarına gəliblər. Çayda su az olsa da, Rauf Abdullayev Arazdan qum çıxarmaq üçün qazılmış dərin hissəyə düşərək boğulub.
Dərhal hadisə yerinə gəlmiş FHN-nın Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən mərhumun cəsədinin axtarışlarına başlanılmışdı.
.
