Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsinin (QNMF) Neftin qazın nəqli və saxlanması kafedrasının dosenti, kimya elmləri doktoru Hüseyn Qurbanov Beynəlxalq Təbiət Elmləri Akademiyasının Fəxri Elmlər Doktoru diplomuna layiq görülüb.
40-dan çox ölkənin təhsil və elmi institutlarının nümayəndələrinin qatıldığı bu konfrans 31 may-1 iyun tarixlərində Moskva şəhərində gerşəkləşib. Konfrans Rusiya Təbiət Elmləri, Avropa və Beynəlxaq akademiyaların birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxaq Akademiya alimlərin elmi işlərinin mövzusunu, müasirliyini, nəzəri və praktik əhəmiyyətliliyini, eləcə də yüksək indeksli xarici jurnallarda çap olunma səfiyyəsini əsas götürməklə qiymətləndirmə aparıb. Beləliklə, Beynəlxalq Akademiya 35 nəfər alimi Fəxri Doktor adı ilə tətif edib ki, Hüseyn Qurbanov da o sırada yer alıb. Qeyd edək ki, dosent H.Qurbanovun ümumilikdə 98 elmi əsəri çap olunub. Onlardan 26-sı yüksək elmi indeksli jurnallarda işıq üzü görüb.
"ADNSU Xəbər”
.
