"Şagirdlərin həyatı təhlükədə deyil. Fotolarda görünən korpusda dərslər keçirilmir. Yalandır. Haradan bilirlər ki, şagirdlər xəsarət ala bilər. Allahdırlar?"

Bunu qəzalı vəziyyətdə olduğu deyilən, paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Sonxeber.az-a danışıb.

Direktor bildirib ki, sözügedən fotolar məktəbə məxsus olsa da, həmin korpusda dərslər keçirilmir:

"Biz o qəzalı vəziyyətdə olan otaqları şagirdlərin istifadəsinə verməmişik. Həmin ərazidə şagirdlər təhsil almır. Valideynlər yalan danışır. Valideynlər haradan bilir ki, şagird xəsarət alacaq? Məktəbdəki vəziyyətlə bağlı Bakı Şəhəri üzrə təhsil İdarəsinə məlumat vermişik".

Xatırladaq ki, Xətai sakinləri publika.az- saytına məlumat verib ki, 171 saylı orta məktəb acınacaqlı durumdadır. İstənilən an məktəb binası uça və şagirdlər ağır xəsarət ala bilərlər.

Fotoları təqdim edirik:

Qəzalı məktəbin direktoru:

Qəzalı məktəbin direktoru:

Qəzalı məktəbin direktoru:

Qəzalı məktəbin direktoru:
.