Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 22-nə təyin edilib.
Qeyd edək ki, 8-ci sinif şagirdi olan E. Heybətov tanışı Xasməmməd Rəsulovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçan E. Heybətov polis əməkdaşları tərəfindən tutulub.
.