
Qazaxıstan xarici işlər nazirinin (XİN) müavini Roman Vasilenko Avropa İttifaqı (Aİ) və NATO yanında Qazaxıstan Respublikasının Nümayəndəliyinin rəhbəri təyin edilib.
Bu barədə Yenizaman Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
R.Vasilenko, həmçinin Qazaxıstanın Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib.
Daha əvvəl bu vəzifələri Baymuxan Marqulan Bakıtulı tutub. O, dövlət başçısının fərmanı ilə tutduğu vəzifələrdən azad edilib.
.