Bərdədə bir toy karvanı hər kəsin marağına səbəb olub. Belə ki, gəlin gətirmək üçün müasir lüks avtomobillərdən yox, retro avtomobillərdən, daha dəqiq desək, "Qaz -24" volqalardan istifadə olunub. Maraqlıdır ki, təşəbbüs bəyin atasından gəlib.

Ötən əsrin 70-80-ci illərininən prestijli avtomobilləri olan "Qaz-24"lərdən ibarət toy karvanı izləyənlərin marağına səbəb olub.

Asim Qocayevin şad günü qeyri-adi olsun deyə atası Rasim Qocayev təşəbbüs göstərib.Gəlini gətirməyə dövrünün ən dəbdəbəli maşını olan volqalarla gediblər.

Avtomobili bəyin atası sürüb. Digər 8 "Volqa" ilə birlikdə Beyləqandan Bərdənin Seyidyusifli  kəndinə  gəlin gətiriblər. Bu həm bəyin, həm də gəlin Samirə Qocayevanın ürəyincə olub.

Bərdə küçələrində gəzən toy kərvanı sakinlərin də maragına səbəb olub.

"Xəzər Xəbər"-in mövzu ilə bağlı videomaterialı təqdim edirik.


.