Qaxda qətlə yetirilən şəxslərin iki qardaş olduğu açıqlanıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində evdə meyiti tapılan şəxslərin milliyyətcə gürcü olan Azərbaycan vətəndaşları 1956-cı il təvəllüdlü Rosyaşvili İasi İsaqoviç və 1960-cı il təvəllüdlü Rosyaşvili Esaryan İsaqoviç olduğu müəyyənləşib.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
.