2030-cu ilə qədər dünya üzrə 11,1 milyon səhiyyə işçisi çatışmazlığının olacağı proqnozlaşdırılır.
Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il üçün Dünya Səhiyyə Statistikası hesabatında qeyd olunub.
Məlumata görə, qlobal miqyasda tibb bacısı işçi qüvvəsinin sayı təxminən 30 milyona çatır. Amma ayrı-ayrı yerlərdə hələ də tibb bacısı çatışmazlığı ciddi problem olaraq qalır.
Tibbi xidmətə çıxışın və keyfiyyətin artırılması üçün isə tibb bacısı işçi qüvvəsinin gücləndirilməsi və dəstəklənməsi vacibdir.
.
