Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə ittiham olunan Tofiq Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 19-a təyin edilib.
Qeyd edək ki, hadisı 18 dekabr 2015-ci ildə Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında baş verib. T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. Hadisədən sonra T.Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, hadisə günü F.Ağayev evə sərxoş halda gəlib. O, qardaşı T.Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Nəticədə qardaşının təhqirlərinə dözməyən 61 yaşlı T.Ağayev onu qətlə yetirib.
T.Ağayev əvvəllər də məhkum edilib və 9 il həbs cəzası çəkib.
.