“Qardaşım dedi ki, başımızı yerə soxdun” - 11 qat dünya çempionu (Video)

9,914 oxunub

"Anam deyirdi ki, al başına çırp yerə"

ARB TV-də yayımlanan "Gəlin Danışaq" proqramının növbəti qonağı cüdoçu, sambo üzrə 11 qat dünya çempionu Zülfiyyə Hüseynova olub.

Maraqlı açıqlamaları ilə yaddan qalan idmançı, ilk məşqindən və ailəsinin onun seçdiyi peşəyə olan baxışından danışıb.

"İlk məşqimə anam apardı. Məcid müəllim 1 məşq keçdikdən sonra gördü ki, fizik cəhətdən çox güclüyəm, amma texnikadan anlayışım yoxdur. Yalnız uşaqlıqda elədiyimiz "badalaq" fənnini bilirdim. Anam gəlib Məcid müəllimə dedi ki, bundan bir şey çıxacaqsa qalsın, çıxmayacaqsa aparım. Müəllim mənə baxaraq yox çıxar niyə çıxmasın? Hələ bir məşqə mən nə deyə bilərəm? Ailəm çalışırdılar ki, mən idmandan uzaqlaşım. Amma Allahın yazdığına pozu yoxdu. Şükürlər olsun".

Dünya çempionu həmçinin ailəsinin ona dəstəyini də qeyd edib.

"Bir yarışda 3-cü yerə çıxdım. Qardaşım gəlib dedi ki, başımızı soxdun yerə. Niyə 1-ci yerə çıxa bilmədin? Dedim ki, heç mənə icazə vermirdin idmana getməyə indi isə 1-ci yer istəyirsən. Anam da həmişə deyirdi meydana çıxanda al başına çırp yerə. Başa salırdım ki, mənlə qarşılaşan da idmançıdır və mən bildiklərimi onlar da bilir. Deyirdi ki, yox, sən mənim qızımsan, sən gərək başına alıb çırpasan yerə. Ailəm Azərbaycandakı yarışlara gəlirdi, ancaq xarici dövlətlərdə təşkil olunanlara yox".

Yenizaman.az

.
XƏBƏRLƏR 17-07-2026
17:32 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib 
17:24 Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür
17:15 Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq edib
17:13 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
16:50 Lavrov: Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır
16:47 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
16:46 XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib 
16:46 Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
16:45 Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
16:43 Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
16:20 Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır 
16:13 Nazir: Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır
16:12 XİN rəhbəri: Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur
16:00 Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb
15:46 Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb 
Təqvim