3 gün bundan öncə Tovuzun Aşağı Quşçu kənd sakini 18 yaşlı Günay Gülməmmədovanın qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofiq Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, G.Gülməmmədovanın qardaşı Ruslan Gülməmədov iyunun 22-də bacısını öldürdüyünü etiraf edib: "Günay məktəbi təzə bitirmişdi. Qardaşı ondan şübhələnib. Günay kimisə sevirmiş, onunla tez-tez telefonla danışıb, yazışırlarmış. Ruslan bundan xəbər tutub. Günayı aparıb Kürün kənarına, 5 yerdən bıçaq zərbəsi vurub. Bundan sonra isə boğazını kəsib. Günayın meyiti tapılan gün qardaşından şübhələnmişdilər. Saxlamışdılar, dünən də onu hadisə yerinə gətirmişdilər. Günayı necə öldürdüyünü etiraf etdi”.
Bələdiyyə sədri onu da əlavə edib ki, kənd əhli bu hadisədən şokdadır.
Qeyd edək ki, Tovuzun Aşağı Quşçu kənd sakini Günay Gülməmmədova amansızcasına qətlə yetirilmişdi. Boğazı kəsilən Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində çayda aşkar edilib.
.
