Qadın mağazada satıcıları belə aldatdı 

Bakıda kosmetika mağazalarının birində qadın müştəri satıcıları aldadaraq 100 manatlıq ziyan vurub. 

Bu barədə Bizimyol.info saytına həmin mağazadan məlumat verilib. "Hadisə bu gün saat 12.35 radələrində baş verib. Mağazaya taksi ilə gələn qadın müştəri 4.50 qəpiklik malı kassasadan götürən zaman satıcılara 100 manatlıq əskinaz uzadır. Ancaq hər dəfə də pulu geri çəkir və başqa mallarla bağlı sual verərək fikri yayındırmağa çalışır. 
İki satıcı olduğu üçün satıcılardan birindən başqa bir krem gətirməyi xahiş edir. O getdikdən sonra isə pulu əl çantasına qoyur və sarıcıdan qalığı qaytarmağı xahiş edir. Satıcı ona 96 manat qaytarır. Bir manatı da uzadır ki, 50 qəpik çıxılsın. Digər satıcı gəldikdən sonra isə yeni sifariş etdiyi malın lazım olmadığını bildirir. 

Beləliklə, 100 manatı vermədən "qalığı" da alaraq gəldiyi taksi ilə də mağazadan uzaqlaşıb” – deyən mağaza əməkdaşı bildirir ki, bütün bunları kassanın üzrəində yerləşdirilən kamera vasitəsilə sonradan izləyərək aydınlaşdırıblar. 

Bizimyol.info həmin videonu təqdim edir:




.