Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlar başa çatıb.
Danışıqlar iki saatdan çox davam edib.
Liderlər məhdud və geniş tərkibdə danışıqlar aparıblar.
***
09:47
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlara başlayıblar.
Putin iki günlük işgüzar səfər üçün Çinə gəlib.
Danışıqların protokol hissəsində Si Cinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün bir model adlandırıb və onları dağla müqayisə edib: "Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır".
Putin cavab olaraq iki ölkənin işinin "yüksəlişdə" olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu bildirib. O, Moskva və Pekinin daha ədalətli "çoxqütblü dünya nizamı" üçün birgə mübarizə apardıqlarını söyləyib.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları genişləndirilmiş tərkibdə danışıqlarda enerji, maliyyə, yüksək texnologiya və süni intellekt məsələlərini müzakirə edəcəklər. O, liderlərin daha sonra Ukrayna və Koreya yarımadası da daxil olmaqla xarici siyasətə diqqət yetirəcək məhdud formatda işgüzar səhər yeməyinə keçəcəklərini bildirib.
Qeyd edək ki, Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş 19 noyabrda
.
