Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüşün vaxtı razılaşdırılmayıb.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Tramp arasında ilk təmas APEC sammitinin qəbulu zamanı baş tuta bilər.
Kremlin sözçüsü onu da bildirib ki, Putin və Tramp arasında tam formatlı danışıqların mümkün olması ehtimalı azdır: “Çətin ki, liderlər arasında tam formatlı danışıqları keçirmək mümkün olsun”.
Peskov Putinin G20 sammitində iştirakı məsələsinə də toxunub. O deyib ki, bu məsələ Rusiya Prezidentinin APEC-də Trampla söhbətində qaldırıla bilər.
Rusiya Prezidentinin sözçüsü Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarın çoxsaylı faktorlardan asılı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri APEC sammitində iştirak etmək üçün Çinə səfər ediblər. Onların Çin lideri Si Cinpinlə üçtərəfli danışıqları planlaşdırılıb.
.
