Rusiya heç vaxt Avropa ölkələri ilə münasibətləri inkişaf etdirməkdən və bərpa etməkdən imtina etməyib.

Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ müşavirədə deyib.

Onun sözlərinə görə, Rusiyanın Avropa ölkələri ilə münasibətləri böhran içindədir və bu Moskvanın təqsiri ucbatından baş verməyib: "Avropa böhranının özü həm əvvəlki Amerika administrasiyasının, həm də bir sıra aparıcı Avropa ölkələrinin günahı ucbatından baş verib. Moskva Avropa ilə münasibətləri bərpa etməkdən heç vaxt imtina etməyib".

Rusiya prezidenti qeyd edib ki, Ukraynada Qərbin dəstəklədiyi dövlət çevrilişi bu istiqamətdə bütün faciəvi hadisələr zəncirinin səbəbi oldu:

"Məhz onlar Ukraynadakı çevrilişi dəstəklədilər və bu, Ukrayna istiqamətində hələ də baş verən faciəvi hadisələrin bütün zəncirinin səbəbkarı oldu".
Həmçinin, Azərbaycanın iştirak etdiyi beynəlxalq media platformaları, o cümlədən Şuşa Qlobal Media Forumu və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bu sahədə mühüm töhfə verdiyini qeyd edib.


 

.