"Rusiyada inflyasiyanın artması Ukraynadakı əməliyyatlarla bağlı deyil".

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclasında deyib.

Putin bildirib ki, ilin əvvəlindən məcmu inflyasiya 11%-i keçib.

"Heç bir əməliyyat aparmayan Şimali Amerikada, Avropada inflyasiyaya baxsanız, bizdən də çoxdur, dəfələrlə çox", - Rusiya lideri qeyd edib.

Prezident bildirib ki, 2022-ci ilin sonuna inflyasiya 15%-i keçməməlidir.

.