Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, nüvə enerji qurğusuna malik “Burevestnik” qanadlı raketinin dünyada analoqu yoxdur.
O, bu fikri qoşunların birləşmiş qruplaşmasının idarəetmə məntəqəsinə səfəri zamanı səsləndirib.
“Mənim sənaye tərəfindən təqdim olunmuş hesabatım var, Müdafiə Nazirliyinin qiymətləndirmələri ümumilikdə məlumdur. Bu, nəticə etibarilə dünyada heç kimdə olmayan unikal bir məmulatdır. Çox yaxşı xatırlayıram ki, biz belə bir silahın hazırlandığını bəyan edəndə, hətta çox yüksək səviyyəli mütəxəssislər mənə deyirdilər ki, bu, bəli, yaxşı və layiqli bir hədəfdir, lakin yaxın tarixi perspektivdə həyata keçirilməsi qeyri-mümkündür. Bu, təkrar edirəm, yüksək səviyyəli mütəxəssislərin fikri idi”, — deyə Putin bildirib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, “Burevestnik” raketi istənilən HHM (PRO) sistemini dəf edə bilir və təxminən 15 saat havada qalaraq 14 min km məsafə qət edib.
.
