Hazırda İran-İsrail münaqişəsinin həlli ilə bağlı Rusiyanın təklifi müzakirə olunur.

Bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya İran-İsrail münaqişəsində vasitəçi olmaqda israrlı deyil: “Biz vasitəçilik axtarmırıq, ideyalar təklif edirik”.

Putin xatırladıb ki, bu yaxınlarda münaqişənin mümkün həlli ilə bağlı öz baxışını tərəflərə təqdim edib.

.