Rusiya Prezidenti Vladimir Putin Aleksey Filatovu Prezidentin Sərhədyanı Əməkdaşlıq İdarəsinin rəhbəri vəzifəsindən azad edib.
Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
"Aleksey Yevgeniyeviç Filatov Prezident yanında Sərhədyanı Əməkdaşlıq İdarəsinin rəhbəri vəzifəsindən azad edilsin", - sənəddə bildirilib.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında Putin Prezident yanında Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin və Prezident yanında Sərhədyanı Əməkdaşlıq İdarəsinin ləğv edilməsi və Prezidentin Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin yaradılması barədə fərman imzalayıb.
.
