Fransanın PSJ klubu braziliyalı futbolçu transfer edib.

 Paris təmsilçisinin rəsmi saytı xəbər verir ki, ölkə çempionu Braziliya təmsilçisi "Korintians"dan Qabriel Moskardonu heyətinə qatıb.

18 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Moskardo 6 ay icarə əsasında "Korintians"da çıxış edəcək və yeni mövsümün əvvəlində PSJ-yə qoşulacaq.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyunda iştirak edib.

.