Türkiyənin Prezidenti və Baş nazirinə sui-qəsdin qarşısı alınıb.

Türkiyənin Prezidenti Abdullah Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, sui-qəsdi həyata keçirmək istəyən şəxs xüsusi əməliyyat nəticəsində yaxalanıb.

Məlumatda o da qeyd olunur ki, kamikadze İzmir şəhərində keçirilən İqtisadi Konqresində iştirak edən ölkə rəsmilərinə qarşı sui-qəsd planlaşdırıbmış.

.