Varşava polisi Müstəqillik Günü ilə əlaqədar keçirilən yürüş zamanı baş verən iğtişaşı yatırtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
İğtişaşlar sağçılar və millətçi hərəkatların üzvləri tərəfindən təşkil olunmuşdu.
Bir neçə qrup gənc yürüş edən insanlardan ayrılaraq maşınları və tolerantlığı simvolizə edən əlvan rəngli tağı yandırmağa başlayıblar.
Rusiya səfirliyinin ərazisinə fayerlər atılıb. Bir neçə nəfər diplomatik missiyanın hasarından tullanmaq istəsə də polislər tərəfindən saxlanılıb.
.