
Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.
Bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.
"Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var", - məlumatda bildirib.
Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.
.