Türkiyə polisi dünən İŞİD terror qruplaşmasının 7 ehtimal edilən silahlısının saxlanılması üzrə xüsusi əməliyyat keçirib. Əməliyyat İzmir, İsparta və Ərzurum əyalətlərini əhatə edib.
Əməliyyatın keçirilməsinə səbəb polisin İŞİD silahlılarının Suriyadan Türkiyəyə qayıtması barədə operativ məlumat əldə etməsi olub.
Məlumata görə, saxlanılan şəxslərdən iki tapança, İŞİD-ə məxsus bayraqlar və radikal məzmunlu ədəbiyyat götürülüb. /APA/
.
