Almaniyanın Sosial Demokrat Partiyası yeni hökumətdə nazir vəzifələrini tutacaq nümayəndələrinin siyahısını razılaşdırıb. Boris Pistorius Almaniyanın yeni hökumətində müdafiə naziri vəzifəsində qalacaq.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya Sosial Demokrat Partiyası yeni kabinetdə Xristian Demokrat İttifaqı kimi yeddi nazir portfeli alacaq. Daha əvvəl partiya lideri Lars Klinqbaylın vitse-kansler, maliyyə naziri olacağı məlum olmuşdu.

Keçmiş hakim Ştefani Hubiq ədliyyə naziri, Bundestaqın keçmiş sədri Berbel Bas əmək və sosial məsələlər naziri, hökumətin şərq torpaqları üzrə keçmiş səlahiyyətlisi Karsten Şnayder ətraf mühit naziri, parlament fraksiyasının sədr müavini Verena Huberts tikinti naziri, deputat Reem Alabali-Radovan iqtisadi inkişaf naziri təyin ediləcək. Bundan əlavə, Elizabet Kayzer miqrasiya, qaçqınlar və inteqrasiya məsələləri üzrə dövlət naziri olacaq.

.