
Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı mətbuatda yayılan xəbərlərin feyk ola biləcəyini güman edir.
Kremlin sözçüsü Dmitri Peskov belə ritorikanın indi ortaya çıxmadığını bildirib.
"Bir qayda olaraq, onların hamısı çox vaxt feyk olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə”, - Peskov "The Washington Post"da dərc olunan məlumatı şərh edərkən deyib.
.