Həbsdə olan jurnalist Pərviz Həşimlinin qaynı Kamil Rüstəmov bıçaqlanaraq qətlə yetirilib.
Hadisə Göygöl rayonu ərazisində baş verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bizimyol.info-ya bildirib ki, Kamil Rüstəmov rayonun Quşqara kəndi ərazisində - Quşqara çayının kənarında Ürfan Rzayev adlı şəxslə şəxsi münaqişə zəmininda mübahisə edərək dalaşıb. İnsident zamanı Ürfan Rzayev bıçaqla Kamil Rüstəmovun qarın və sinə nahiyəsindən 2 zərbə vurub. Ürfan Razayevin özünün də də müxtəlif bədən xəsarətləri olub. Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, K.Rüstəmov xəstəxanada dünyasını dəyişib. Ü.Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Gəncənin Göygöl Rayon Prokurorluğundan vesti.az-a bildiriblər ki, Kamal Rüstəmovu qətlə yetirən Urfan Rzayev onun qaynıdır.
Qətl də Urfan Rzayevin bacısına, yəni K.Rüstəmovun arvadına görə baş verib. Polisin apardığı təhqiqat zamanı müəyyən olunub ki, K.Rüstəmov sentyabrın 3-də gecə saat 2-də arvadını evdən qovub. Qadın atasının evinə gedib və başına gələnləri danışıb. Ertəsi gün U.Rzayev yeznəsinin işlədiyi limonad sexinə gedərək bacının başına gətiridiklərinə görə onunla mübahisə edib. Mübahisə zamanı hər iki tərəf bir-birinə bıçaqla zərbələr endirib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
.