Paytaxtın bir neçə ərazisində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
.
