Pakistanın cənubunda hökm sürən anomal isti hava nəticəsində ölənlərin sayı 1000-i ötüb.
SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli hökumət məlumat verib.
"950 nəfərdən çox insan Kəraçidə, 50-dən çox insan əyalətin qalan ərazisində (Sind) ölüb.", - "Jinnah Hospital" xəstəxanasının rəsmi nümayəndəsi bildirib.
Bundan əvvəl 830 nəfərin öldüyü xəbər verilib.
40 mindən çox pakistanlı günvurmaya məruz qalıb, 8000-dən çox insan isə xəstəxanaya yerləşdirilib.
.