Gəncə Ağır Cinayətlər Məhkəməsində məktəblinin öldürməkdə təqsirli bilinən Natiq Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Yenizaman.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu il aprelin 16-da Tovuz rayonun Qalaboynu kəndində orta məktəbin şagirdi, 1999-cu il təvəllüdlü  Məqsəd Əmiraslanov başından ov tüfəngi ilə  güllələnib.

Hadisəni mərhumun  məktəb yoldaşı, 2000-ci il təvəllüdlü  Natiq Ələkbərov törədib. Məktəbdən sonra  örüş sahəsində heyvan otaran  dostlar  zarafatlaşıb, Natiq Ələkbərov bilmədən atəş acmaqla Məqsəd Əmiraslanovu başından yaralayıb. Yaralı Tovuz  Rayon Mərkəzi xəstəxanasına çatmamış yolda keçinib.

Mərhumun atası İlqar Əmiraslanov Qalaboynu kənd tam orta məktəbdə direktor müavinidir.

Məhkəmənin hökmü ilə Natiq Ələkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. 
.