Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
"Koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.2 faiz.
Abşeronda yoluxma faizi 15. 9 faiz, Aranda 10.0 faiz, Gəncə-Qazaxda 6.6 faiz, Lənkəranda 4.4 faiz, Quba-Xaçmazda 1.9 faiz, Dağlıq Şirvanda 1.7 faiz, Şəki-Zaqatalada 1.7 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.
Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.
Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonundadır
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.2 faiz, Nərimanovda 8.4 faiz, Suraxanıda 8.1 faiz, Qaradağda 7.3 faiz, Nizamidə 7.2 faiz, Xəzərdə 4.9 faiz, Səbaildə 4.5 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
.
