Avropa İttifaqında (Aİ) Ukraynanın artıq 2027-ci ildə Avropa İttifaqına qəbulunu nəzərdə tutan qeyri-rəsmi plan mövcuddur.

Yenizaman Macarıstanın “Telex” nəşrinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Aİ-yə məxsus və ictimaiyyət üçün nəzərdə tutulmayan bir sənəddə Ukraynanın sürətləndirilmiş qaydada Avropa İttifaqına üzvlüyü və bu məqsədlə Kiyevə 800 milyard avro vəsaitin ayrılması ehtimalı müzakirə olunur.

“Telex” nəşri qeyd edir ki, Brüsselin Ukraynaya bu məbləğdə maliyyə ayırmaq planı doğrudur, lakin vəsaitin 10 il ərzində, əsasən Rusiya ilə müharibədən sonra ölkənin sosial-iqtisadi bərpasına yönəlmiş müxtəlif layihələr çərçivəsində verilməsi nəzərdə tutulur.

.