Macarıstan ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları aşmaq yollarını axtarır.

Yenizaman "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban Macarıstan radiosuna müsahibəsində bildirib.

O deyib ki, Macarıstanın MOL neft və qaz şirkətinin rəhbərliyi ilə ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.

"Biz bu sanksiyaların aşılması yolları üzərində işləyirik", - o, təfərrüatları açıqlamadan bildirib.

MOL-un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarının illik ümumi gücü 14,2 milyon ton neftdir. Bu zavodlar "Drujba" boru kəməri ilə nəql olunan Rusiya neftindən asılıdır.

.