“Bütün qaydalara əməl olunsa, heç bir kafedə, restoranda və digər ictimai iaşə müəssisələrində heç bir yoluxma halları olmaz”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Amma qaydalara riayət olunmasa, “ikinci dalğa” çox sərt şəkildə ola bilər. Ona görə də hər bir kəs öz fərdi məsuliyyətini dərk etməli və bütün qaydalara riayət etməlidir”, - TƏBİB sədri bildirib.
Azərbaycanda koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlandı
“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Təəssüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s. yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, - deyə TƏBİB sədri deyib.
Azərbaycanda bayram günləri hərəkət məhdudlaşdırıla bilər
“Ola bilsin ki, bayram günlərində və həftə sonları ölkə ərazisində məhdudiyyətlərin təbiq olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdik”.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Biz ölkə ərazisində yoluxma hallarını yaxından izləyirik”, - TƏBİB sədri bildirib.
.
