“Ticarət mərkəzlərinin mayın 11-də açılması məsələsi bu həftə bilinəcək. Amma bugünkü statistika ürəkaçan deyil”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Rayonlarda ticarət mərkəzləri açılıb. Amma bu bizə əsas vermir ki, arxayınlaşaq. Ticarət, ictimai iaşə müəssisələri barədə metodiki göstərişlər var. Həmin yerlərdə bu təlimatlara əmək etmək mütləqdir, əks halda neqativ statistika ilə üzləşirik. Bu isə yumşalmaya mane olur”, - deyə İ. Məmmədov vurğulayıb

TƏBİB: Diqqəti koronavirusun müalicəsinə yönəltməliyik

“Azərbaycan Prezidenti tərəfindən vaxtında və düzgün qərarın nəticəsi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

“Biz TƏBİB olaraq diqqəti xəstəliyin profilaktikası və müalicəsinə yönəltməliyik”, - deyə Y. Qarayeva vurğulayıb.

.