Qaradağ rayon ərazisindəki ticarət mərkəzlərindən birində oğurluğa cəhdin qarşısı alınıb. 

ARB TV xəbər verir ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki ticarət mərkəzlərindən birində oğurluğa cəhdin qarşısı alınıb.

Ərazidə xidmət aparan mühafizə polisləri Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədovu saxlayıblar.

Fuad Əsgərov - Mühafizə Polisi: "Axşam saatlarında araba ilə bazarın qarşı tərəfinə keçəndə saxladıq. Soruşduq ki, malı hara aparırsan? Gecə vaxtı bazardan mal çıxarmağa icazə yoxdur. Bildirdi ki, malın sahibləri var və yolda gözləyirlər. Araşdıranda məlum oldu ki, mallar anbardan oğurlanıb".

Eyni əməli törədən Aqşin Tahirovun da istəyi baş tutmayıb. Mühafizə polisinin vaxtında müdaxilə etməsi daha bir oğurluq hadisəsinin yaşanmasına rəvac verməyib.

Hər iki faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.





.