Pakistanın cənubqərbində oğurlanmış dörd tibb işçisi güllələnib. Onlar poliomelitetə qarşı peyvənd briqadasının üzvləri idilər. Polis deyir ki, tibb işçisi, sürücüsü və iki mühafizəçi fevralın 17-də Baluçistan vilayətində tapılıb. Onları Taliban yaraqlıları fevralın 13-də oğurlamışdı. Yaraqlılar tez-tez peyvənd işi aparan səhiyyə əməkdaşlarına hücum edir, onların casusluqla məşğul olduğunu bildirir. Pakistanda poliomelitlə yoluxma halları da çoxalıb. (azadliq.org).
