Obama kəşfiyyat orqanlarına Dünya Bankının və BVF ofislərinin dinlənməsini dayandırmağı əmr edib.

ABŞ prezidenti Barak Obama mənzil-qərargahları Vaşinqtonda yerləşən Beynəlxalq valyuta fondu (BVF) və Dünya bankının kommunikasiyalarına qulaq asılmasını dayandırmaq barədə göstəriş verib. Bu məlumatı Reuters agentliyi yayıb.

Mənbə bildirib ki, ABŞ milli təhlükəsizlik agentliyi (ANB) tərəfindən beynəlxalq maliyyə təşkilatlarında elektron casusluğun dayandırılması haqqında qərar bir neçə həftə əvvəl verilib, eyni zamanda Nyu-Yorkda yerləşən BMT-nin mənzil - qərargahında da eyni fəaliyyətin məhdudlaşdırılması barədə sərəncam üç gün əvvəl verilib.
Prezident administrasiyasının digər nümayəndəsi agentliyə bildirib ki, ABŞ Beynəlxalq valyuta fondu və Dünya bankının elektron müşahidəsini aparmır, lakin əvvəllər bu fəaliyyətin aparılması barədə məlumat verməkdən imtina edib.
.