İranla Fransa arasında məhbus mübadiləsi sazişi tamamlanmaq üzrədir.

Yenizaman "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Məlumata görə, təklif olunan mübadilə 39 yaşlı iranlı Mahdia Esfandiari ilə bağlıdır. O, bu il fevralın 28-dən Paris ətrafındakı istintaq təcridxanasında saxlanılır. Onun tutulmasına səbəb sosial şəbəkədə Qəzza zolağını İsrailin mühasirədə saxlamasına etiraz ismarışları paylaşması göstərilib.

Parisdə saxlanıldıqdan bir müddət sonra Mahdia Esfandiari Parisdən 470 kilometr məsafədə yerləşən Fresnes həbsxanasına köçürülüb.

Bildirilib ki, Esfandiari Lumirre Universitetində fransız dili ixtisası üzrə təhsil alıb. Son səkkiz ildə Lionda yaşayıb. O, Lumirre Universitetində müəllim və tərcüməçi kimi çalışıb.

İran isə 2022-ci il mayın 7-də Fransanın iki vətəndaşını həbs edib. 40 yaşlı Cecile Kohler və 70 yaşlı Jacques Paris İsrailə casusluqda ittiham olunublar.

.