NATO-nun baş katibi Anders Foqh Rasmussen Avropa Birliyindən müdafiə mövzusunda siyasi iradə göstərməsini və ağıllı hərəkət etməsini istəyib. AB-nin gələn ay keçiriləcək dövlət və hökumət başçıları səviyyəsindəki müdafiə siyasəti ilə bağlı toplantısından əvvəl mətbuata açıqlama verən NATO-nun baş katibi bildirib ki, yığıncaq avropalılar üçün vacib rol oynayacaq.
Qeyd edək ki, Anders Foqh Rasmussen mövzu ilə bağlı daha sonra bunları deyib: "Koordinasiya et, ancaq buna məruz qalma. Əməkdaşlıq et, rəqabət etmə. Avropa Birliyi siyasi iradə göstərərək mənfəət və dəyərlərimizi qorumaq üçün müdafiə sahəsinə sərmayə qoymalıdır."
.
