Rusiyalı model Natalya Vodyanova fransız iş adamı, planetin varlı ailələrindən birinin nümayəndəsi Antuan Arno ilə ailə həyatı qurub.

Lenta.ru-nun xəbərinə görə, mərasim sentyabrın 19-u Paris meriyasında baş tutub. Cütlüyün nikah məmuru isə Parisin meri Ann İdalqo olub.

Qeyd edək ki, Vodyanovanın birinci həyat yoldaşı britaniyalı aristokrat Castin Trevor Berkli Portman olub. Onların bu nikahdan üç övladı dünyaya gəlib.

.