Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əmir Dəmirov və Əli Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org məlumatına görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Əmir Dəmirov 7 il, Əli Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs metronun "20 Yanvar" stansiyası yaxınlığında saxlanılıb. Onların üzərinə baxış keçirilərkən 2,826 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkarlanıb.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət başlanılıb.
.