Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.
TQDK-dan Modern.az-a verilən məlumata görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
.
