Bir çox klassik peşə böyük təkamülə uğrayacaq.

“Rossiyskaya Qazeta”nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin prorektoru Aleksandr Safonov bəyan edib.

Onun sözlərinə görə, önümüzdəki 10 ildə mühasib peşəsi indiki formada olmayacaq. Mütəxəssislər işlərinə davam edə bilmək üçün auditor və ya vergi məsləhətçisi kimi əlavə bacarıqları mənimsəməlidirlər.

Həmçinin sürücülük işi də tezliklə itmək təhlükəsi ilə üzləşib. Bunun səbəbi avtopilot sistemlərinin inkişafıdır.

“Eyni şey teplovozları, elektrovozları, tramvayları, trolleybusları, avtobusları gözləyə bilər. Bu peşələrin nümayəndələri elektronkanın onların yerini alacağı təqdirdə nə edə biləcəklərini indidən düşünməlidirlər”, - deyə Safonov əlavə edib.

Buna misal olaraq o, təyyarə heyətindəki azalmanı göstərib: əvvəllər kabinədə beş nəfər ola bilərdisə, bu gün prosesin iki iştirakçısı kifayətdir, yaxın gələcəkdə isə heyətin bir pilota kimi azalması mümkündür.
 

.