Rusiya Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə qarşı zərbələri davam etdirəcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
""Pandora qutusu açıqdır":Rusiya Ukrayna ordusu üçün təchizat daşıyan ticarət gəmilərinə zərbələri davam etdirəcək. Bu zərbələr Kiyev rejiminin Rusiyadakı mülki hədəflərə hücumlarına cavab olaraq endirilib", - Rusiya prezidentinin sözçüsü vurğulayıb.
.
