Azərbaycanın tanınmış şoumeni, "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti qarət olunub.
M.Dadaşovun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən "Côte d`Azur” mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.
Mağazanın əməkdaşları və polis içəri daxil olmağa icazə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.
Murad Dadaşov mağazasının qarət olunması barədə yayılan xəbərlərə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, məlumat yalandır: "Yalan söhbətdir. Nə mağaza?”
Mağazanın qarət olunmasını sübut edən fotoların da artıq mətbuatda yayıldığı bir vaxtda M. Dadaşovun xəbəri təkzib etməsi maraq doğurur.
.
